Moskvada və ətraf ərazilərdə güclü qar yağışı müşahidə olunub.
Musavat.com xəbər verir ki, Moskva və Moskva vilayətini qar bürüyüb.
Rusiya mətbuatı yazır ki, qar örtüyünün hündürlüyü şəhərin müxtəlif bölgələrində 5 ilə 11 santimetr arasında dəyişir. Bir gündə yağan yağıntının miqdarı 28 mm-ni keçib.
Qəfil yağan qar səbəbindən Moskva yollarında tıxaclar yaranıb.
Musavat.com