“İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib”.
Musavat.com bildirir ki, Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov bu barədə açıqlama verib.
“RİA Novosti”nin məlumatına görə, Bortnikov Ermənistan liderinin Moskvaya səfərini, Ermənistandakı vəziyyəti xatırladıb. O bildirib ki, erməni tərəfi müvəqqəti əməliyyat qruplarının şərti sərhəd bölgəsindən çıxarılmasını xahiş edib və bu barədə qərar qəbul edilib.
Bortnikov qeyd edib ki, ilkin olaraq Qarabağda üçtərəfli atəşkəs elan edildikdən sonra (2020) Ermənistan yardım istəyib və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd bölgəsində yerləşdirilməsini xahiş edib. Sonra isə Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında qarşılıqlı informasiya əlaqəsini və lokal münaqişələrin həlli problemini həll edən 11 post yaradıb.
Musavat.com