“Aeroflot” aviaşirkətinin SU1864 Moskva-İrəvan reysini həyata keçirən təyyarəsi paytaxtın Şeremetyevo hava limanından havaya qalxsa da, sonradan geri qayıdıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, təyyarə Tambov yaxınlığında dönüb və Moskva yaxınlığındakı “Jukovski” limanöna enib.
KİV-in məlumatına görə, geri qayıtmağa səbəb sərnişinlərdən birinin vəziyyətinin pisləşməsi ola bilər.
Aviaşirkətdən və Zvartnots hava limanından isə erməni mediasının şərh alması mümkün olmayıb.
Musavat.com