Moskvadakı dəhşətli terrorda zərərçəkənlərin sayı artdı - ŞOK RƏQƏM

“Crocus City Hall”da törədilən terror aktı zamanı zərərçəkənlərin sayı artıb.

Rusiyanın Moskva vilayətinin Səhiyyə Nazirliyi martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində Moskva və Moskva vilayətinin tibb müəssisələrində xəstəxanaya yerləşdirilən qurbanların siyahısını yeniləyib.

Qeyd olunur ki, ümumilikdə siyahıda 182 nəfərin adı var.

Belə ki, 121 nəfər stasionar, daha 61 nəfər isə ambulator müalicə alır. (Oxu.az)

25.03.2024 00:12
2336