"Crocus City Hall"da baş verən terror aktından sonra xəstəxanalarda 121 qurban var, onlardan 3-ü uşaqdır.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat verib.
Dünənki terror aktından sonra Moskvada insanlar kütləvi şəkildə donor mərkəzlərinə qan verməyə gedirlər.
Qavrilov adına Qan Mərkəzində səhər saatlarından böyük növbə yaranıb.
Afaq,
Musavat.com