Moskvada televiziya əməkdaşını zorlamağa görə üç özbək saxlanıb

Özbəkistandan olan üç miqrant “Match TV” telekanalının əməkdaşını zorlamaqda şübhəli bilinərək həbs edilib.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, ilkin məlumata görə, iyulun 6-da saat 02:30 radələrində Moskvada Ostankino gölməçəsi yaxınlığında üç kişi miqrant telekanalın əməkdaşına hücum edib. Qeyd olunur ki, qız işdən qayıdırmış.

Hadisə barədə polisə zərərçəkənin özü məlumat verib. Şübhəlilər saxlanılıb. Onların Özbəkistandan gələn 22, 24 və 25 yaşlı gənclər olduğu üzə çıxıb.

Müstəntiqlər faktla bağlı “Bir qrup şəxs tərəfindən zorlama” maddəsi ilə cinayət işi açıb. Şübhəliləri 10 ilə qədər həbs cəzası gözləyir.

“Match TV”-nin nümayəndələri bildiriblər ki, telekanal insidentdən xəbərdardır. Bununla belə, televiziya baş verənlərin təfərrüatlarını açıqlamağı mümkün hesab etmir. Kanal rəhbərliyi əmin edib ki, lazım gələrsə, hüquq-mühafizə orqanlarına köməklik göstərəcək. Bundan əlavə, zərərçəkənə bütün lazımi dəstək göstərilir.

Xatırladaq ki, bu yaxınlarda Primorsk diyarında dörd Özbəkistan vətəndaşı bıçaqla hədələyərək 21 yaşlı kafe işçisini zorlayıb. Bütün miqrantlar Rusiyada qeyri-qanuni olublar.

Belə hadisələr son aylarda Rusiyada yaşayan miqrantlara qarşı onsuz da pisləşmiş münasibəti daha da pisləşdirir.

Musavat.com

08.07.2024 13:52
1026