Moskvada rus qızları aşağılayan tacik bloger saxlanılıb

Rusiya İstintaq Komitəsi öz Teleqram kanalında videobloger kimi rus qızlara qarşı təhqiramiz xarakterli videoları açıq mənbələrdə yerləşdirən Tacikistan vətəndaşının Moskvada saxlanılması və dindirilməsinin videosunu nümayiş etdirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, dindirilmə zamanı saxlanılan şəxs 5 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşadığını, 6 ilə yaxındır ki, videobloger kimi fəaliyyət göstərdiyini bildirib.
Rusiya İstintaq Komitəsinin mətbuat xidməti onu da qeyd edib ki, saxlanılan şəxsə qarşı “Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması” maddəsi ilə cinayət işi açılıb.

Hazırda saxlanılan şəxslə bağlı istintaq tədbirləri davam etdirilir və istintaqçılar təqsirləndirilən şəxsin yaydığı digər videoları yoxlayırlar. Bundan başqa, müstəntiqlər çəkilişdə iştirak edən digər şəxslərin də əməllərinə hüquqi qiymət verməyi planlaşdırırlar.

Musavat.com

07.01.2024 19:10
1325