Moskvada “narıncı” hava xəbərdarlığı elan edildi - VİDEO

Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər verib.

“Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.

20.08.2023 23:30
752