Moskvada miqrantların məcburi hərbi qeydiyyatı başlanıb

Moskvada miqrantların hırbi komissarlıqlarda məcburi qeydiyyata alınması üçün reydlər başlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, reydləri Rusiya İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirir.

Bu gün Moskvada metronun “Şçelkovskaya” stansiyasının yaxınlığında, eləcə də Şərq İnzibati Dairəsinin mehmanxalarında ilk reydlər baş verib.
Onlarla miqranta hərbi komissarlığa çağırış vərəqəsi verilib. Onlar hərbi qeydiyyata alınacaqlar.

Musavat.com

18.08.2024 21:04
626