Gələn ildən Moskvada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri eksperimental olaraq tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a müsahibəsində paytaxtın meri Sergey Sobyanin danışıb.
Onun sözlərinə görə, bu vəsiqədə əcnəbi vətəndaş haqqında bütün məlumatlar - Rusiyaya gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat və s. qeyd olunacaq.
Sənəddə nəyinsə səhv olduğu üzə çıxarsa, polis əcnəbiyə qarşı müvafiq tədbirlər görəcək.