Türkiyə kəşfiyyat xidmətləri Rusiyaya xəbərdarlıq edib və "Crocus City Hall"-a hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək edib.
Musavat.com xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Vilayət Xorasan” təşkilatının (Rusiya Federasiyasında qadağan olunmuş İslam Dövləti terror təşkilatının Əfqanıstan qanadına aiddir) saxlanılan üzvləri ifadələrində Moskva ticarət mərkəzində terror aktı törətməyi planlaşdırdıqlarını bildiriblər.
Qeyd olunur ki, Türkiyə xüsusi xidmət orqanları uzun müddətdir ki, təşkilatın yerli bölməsinin fəaliyyətini izləyir və bir neçə şəxslə əlaqə saxlayıb, onları dindirib, daha sonra isə rusiyalı həmkarları ilə əlaqə qurub.
Bundan əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu demişdi ki, Paris “Crocus City Holl”da törədilən terror aktının araşdırılmasına kömək etmək üçün Moskvaya kəşfiyyat məlumatları təqdim edib. O, ölkələr arasında ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, bunu terrorizmlə mübarizədə tərəfdaşlığın yaxşı nümunəsi adlandırıb.
Nigar HƏSƏNLİ,
Musavat.com