Noyabrın 2-də Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 13,3 dərəcəyə çatıb və 1942-ci ilin rekordunu qırıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus deyib.
Sinoptik qeyd edib ki, paytaxtda hava rekordu artıq ikinci gündür ki, qeydə alınır:
"Gecə yarısı paytaxtda termometrlər müsbət 13,3 dərəcə qeydə alıb. 1942-ci il noyabrın 2-də havanın temperaturu +12,2 dərəcəyə yüksəlib”.