Moskvada gül anbarında yanğın: 2 nəfər ölüb - VİDEO

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında 2 nəfər ölüb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən 2 nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirilib.

20.11.2022 22:36
732