Moskvanın cənub-şərqində çayxananın yaxınlığında kütləvi dava olub.
Musavat.com xəbər verir ki, hadisə videolentə alınıb və rayon qrupunda yayımlanıb.
Görüntülərdə bir neçə kişinin arasındalı əlbəyaxa dava əks olunub. Dalaşanlardan biri rəqibini dəyənəklə, daha dəqiqi, beysbol zopası ilə döyüb.
Hadisə şahidlərinin sözlərinə görə, mühafizəçi polisi çağırıb, münaqişə iştirakçıları saxlanılıb.
Bundan əvvəl Moskva yaxınlığındakı Çexovda kütləvi davada iki nəfər həlak olmuşdu. Onların bədənlərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Polis qətli törədənləri axtarır.
Musavat.com