Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib

Moskva vilayətindəki Azərbaycan diasporunun başçısı Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

"Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri ölkədə qalma qaydalarını pozduğuna görə saxlanılıb", - KİV-lər bildirib.

Yaxın vaxtlarda o, Rusiyadan deportasiya ediləcək.

04.07.2025 17:49
464