Pakistan hava məkanının bağlanması ilə əlaqədar Moskvanın Şeremetyevo hava limanından Pxuketə uçan SU284 reysi geri qayıdıb.
Musavat.com xəbər verir ki, bu tədbir Hindistanın Pakistan ərazisinə raket zərbələri endirməsindən sonra görülüb.
Bundan əlavə, “Aeroflot”a məxsus SU232 “Moskva–Delli” reysi planlaşdırılmamış şəkildə Daşkənd hava limanına təcili eniş edib.
Hadisə regional gərginliyin artdığı bir vaxtda baş verir və aviasiya marşrutlarında mümkün dəyişikliklərə səbəb ola bilər.
Musavat.com