Rusiyada Moskvanın Zamoskvoretski Məhkəməsi iş adamı, milyarder Musa Bajayevin oğlu Timur Bajayevi polis əməkdaşına qarşı zorakılıq tətbiq etdiyinə görə həbs edib.
Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.
TASS-ın müxbirinin məhkəmə zalından verdiyi xəbərə görə, Timur Bajayev ikiaylıq həbs edilib.
"Məhkəmə Bajayevin barəsində sentyabrın 26-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib", - deyə hakim qərarı elan edib.
Xatırladaq ki, 23 yaşlı Timur Bajaev "Lujniki" stadionu yaxınlığında saxlanılarkən polis əməkdaşlarını döyüb.