Moskva məhkəməsi oktyabrın 19-da Fransa səfirliyi qarşısında piket keçirdikləri üçün saxlanılan Azərbaycan diasporunun 4 nümayəndəsini cərimələyib.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məhkəmə fəalların ictimai mitinqlərdə iştirak qaydalarını pozduğuna qərar verib. Piketin təşkilatçısı 20 min rubl, digərləri isə hər biri 15 min rubl cərimə olunub.
Musavat.com