Rusiya Ermənistan və Azərbaycanı sərhəddə gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O vurğulayıb ki, Moskva Ermənistan–Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
"Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması istiqamətində addımlar atmağa və vəziyyətin daha da pisləşməsinə yol aça biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırışımızı bir daha təsdiqləyirik", – deyə Zaxarova bildirib.
Musavat.com