"Morgan Stanley"nin rəhbəri də batan superyaxtada olub

Dünən Siciliya sahillərində batan superyaxtada olan və itkin düşənlər arasında dünyanın ən böyük banklarından biri olan "Morgan Stanley"nin rəhbəri, "Jonathan Bloomer" və "Clifford Chance" beynəlxalq hüquq firmasının vəkili Kris Morvillo da var.

Musavat.com xəbər verir ki, bu məlumatı BBC Siciliya Mülki Müdafiə İdarəsinə istinadən yayıb.

Aralıq dənizi adasının sahilindən təxminən 700 metr aralıda baş verən hadisədən sonra 59 yaşlı Böyük Britaniya texnoloji maqnatı Mayk Linç və onun 18 yaşlı qızı Hanna da itkin düşüb.

56 metrlik "Bayesian"ın göyərtəsində britaniyalılar, amerikalılar və kanadalılar da daxil olmaqla, 22 nəfər olub. Bir yaşlı britaniyalı qız da daxil olmaqla, 15 nəfər xilas edilib, qalanların axtarışları davam etdirilir. İndiyədək yalnız yaxtanın aşpazının cəsədi tapılıb.

Musavat.com

20.08.2024 11:33
651