Bakıda baş verən qəza kameraya düşüb.
Milli.Az xəbər verir ki, mopedin ön təkərini qaldıraraq sürməyə çalışan şəxs idarəetməni itirərək qəza törədib.
Mopedi aşıran şəxs həm avtobus, həm də minik avtomobilini əzməkdən son anda qurtulub.
Videonu əyləncə məqsədi ilə çəkənlər qəza baş verəcəyini təxmin etməyib. Qəza anı kamerada aydın şəkildə əks olunub.