"Moody's" Türkiyənin kredit reytinqini 11 ildən sonra ilk dəfə yüksəldib

"Moody's" Türkiyənin kredit reytinqini 11 illik fasilədən sonra ilk dəfə iki pillə yüksəldib.

"Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Kredit reytinqi müsbət proqnozla iki səviyyə artaraq B3-dən B1-ə yüksəlib.

Bu, S&P və "Fitch Ratings"in reytinqlərindəki artımdan sonra baş verib.

Bundan əvvəl "Fitch Ratings" agentliyi Türkiyənin kredit reytinqini "B"dən "B+"-a yüksəldib.

20.07.2024 03:39
612