Qazaxıstan beynəlxalq reytinq agentliyi Moody's şkalası üzrə tarixində ən yüksək reytinqi - "stabil" proqnozla Baa1 alıb.
Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 9-da “Moody's” beynəlxalq reytinq agentliyi Qazaxıstan Respublikasının uzunmüddətli reytinqini Baa2-dən Baa1-ə qaldırıb, proqnoz “sabit”dir. Açıqlamada qeyd olunur ki, Qazaxıstanın kredit reytinqinin artması iqtisadiyyatın şaxələndirilməsinin sabit tempi ilə birlikdə institusional və siyasi mühitin davamlı yaxşılaşması ilə bağlıdır: "Moody's Qazaxıstanın aşağı və əlçatan borcla xarakterizə olunan etibarlı maliyyə göstəricilərini, habelə hökumətin büdcə kəsirini ÜDM-in 2,5-3 faizi səviyyəsində saxlamaq üçün balanslaşdırılmış siyasətini vurğulayır".
Agentliyin hesabatında Qazaxıstan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun payının artması qeyd olunur ki, bu da ölkənin karbohidrogenlərdən asılılığını, həmçinin neftin qiymətinin və hasilat səviyyəsinin dəyişməsi ilə bağlı riskləri azaldır.
Musavat.com