Monqolustan hökuməti Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbsindən imtina etməsini enerji asılılığı və neytrallıq siyasəti ilə izah edib.
Bu barədə Politico hökumət nümayəndəsinə istinadən yazır.
O bildirib ki, Monqolustan neft məhsullarının 95%-ni və elektrik enerjisinin 20%-dən çoxunu qonşu ölkələrdən idxal edir.
"Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir",- hökumət nümayəndəsi deyib.
Nümayəndə əlavə edib ki, Ulan-Bator bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib. Qeyd edək ki, Monqolustan Roma Əsasnaməsini imzalayıb və Putinin həbsinə order verən BCM-nin yurisdiksiyasını qəbul edir.
Şahanə Rəhimli
Musavat.com