Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən, el arasında "Molokan bağı" kimi tanınan Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb. Belə ki, bağın ətrafında avtomobillə dövrə vurmağa məhdudiyyət qoyulub.
Bildirilir ki, Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.
TV Musavat-ın əməkdaşları adı çəkilən ərazidə olub, mövcud vəziyyəti daha yaxından araşdırmağa çalışıb.
Hazırladığımız videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com