Azərbaycanda molla rejiminə xidmət edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Musavat.com xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə əməliyyat nəticəsində daha 3 casus saxlanılıb.
Məlumatda qeyd olunur ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Qaradağ rayon sakini Vüqar Süleymanov, Natiq Əliyev və Kəlbəlayi Sərvər saxlanılıblar.
Musavat.com