Moldovanın Baş naziri Azərbaycanla qarşılıqlı əməkdaşlıqdan danışdı

Moldova və Azərbaycan arasında enerji, iqtisadi, kənd təsərrüfatı və investisiya sahələrində birgə səylərin davam etdirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə Moldovanın Baş naziri Niku Popesku söyləyib.

O, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın təşviqi üzrə səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Moldova ilə Azərbaycanın möhkəm dost əlaqələrinin olduğunu deyən Baş nazir bildirib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Görüşdə ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Tərəflər son illər həm yüksək səviyyədə, həm də hər iki ölkənin ixtisaslaşmış qurumları səviyyəsində əməkdaşlıq əlaqələrinin əhəmiyyətli dərəcədə intensivləşdiyini qeyd ediblər.

30.10.2023 22:42
410