Moldovada RİA “Novosti” saytına giriş bloklandı

Moldovada RİA "Novosti" saytına giriş bloklanıb.

Musavat.com APA-ya istinadən bildirir ki, bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-nin RT və "Rossiya Seqodnya" xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

RİA "Novosti" xəbər agentliyinin resurslarının bloklanması ilə bağlı hələlik rəsmi şərh verilməyib.

26.09.2024 13:57
150