Moldovada prezident seçkilərində Sandu öndədir, vətəndaşlar Aİ-yə üzvlüyün əleyhinədir

Moldovanın hazırkı prezidenti Maia Sandu səsvermə protokollarının 90%-dən çoxunun sayılmasından sonra 38% nəticə ilə prezident seçkilərində liderdir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) saytında səsvermənin real vaxt rejimində yenilənən ilkin nəticələri göstərir.

Keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 28,74% səs toplayıb.

Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda səsvermənin ilkin nəticələrinə görə, vətəndaşların 53,6 faizi Moldovanın Aİ-yə daxil olmasının əleyhinə, 46,4 faizi müvafiq olaraq lehinədir.

***

Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.

"Report" xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.

Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.

21.10.2024 00:32
674