Moldovada prezident seçkiləri və referendumda səsvermə başa çatıb

Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum və prezident seçkilərində səsvermə başa çatıb.

"Report" Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb.

Bununla belə, bəzi Qərb ölkələrində səsvermə davam edəcək.

Seçkilər yüksək seçici fəallığı şəraitində keçib. Saat 21:00-a olan məlumata görə, seçici fəallığı 51,3% olub və səsvermənin etibarlı sayılması üçün 33,3%-lik həddi keçib. Bu vaxta qədər MSK və müşahidəçilər seçkinin nəticələrinə təsir edə biləcək hər hansı əhəmiyyətli pozuntu qeydə almayıblar.

20.10.2024 23:36
370