Moldovada ikinci tur: “Rusiyanın adamı”, yoxsa Sandu?

Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda hazırkı prezident Maya Sandunu seçicilərin 42,49%-i, Moldovanın keçmiş baş prokuroru, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlonu 25,95%-i dəstəkləyib.

Seçki yarışında üçüncü yeri “Bizim Partiya”nın lideri Renato Usato tutub. O, 14% səs toplayıb.

Seçki ərəfəsi Moldovada milli valyuta leyinin məzənnəsi ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb. Buna səbəb kimi moldovalıların kütləvi şəkildə avro almağa başladıqları ilə izah edilir. Seçkidə hakimiyyət tərəfdaralarının “Rusiyanın adamı” kimi təqdim etdikləri Aleksandr Stoyanoqlonun qalib gələcəyi, bundan sonra Moldovada Ukraynadakı kimi “Maydan” hadisələri olacağı barədə söz-söhbətlər əhalidə narahatlıq yaradıb. Ona görə vətəndaşları avro ehtiyatı görərək, qarışıqlıq olacağı təqdirdə qonşu Avropa ölkələrinə getməyə hazırlaşırlar. Qeyd edək ki, Moldova hazırda Avropa İttifaqı ölkələrinə vizasız gedib-gələ bilirlər. Bir gün əvvəl Aİ-nin genişlənmə üzrə komissarı Oliver Varheli də xəbərdarlıq edib ki, əgər Rusiya ilə münasibətlər saxlanılarsa, yəni Maya Sandu seçilməsə, Avropa İttifaqına üzvlük mümkün olmayacaq. 

Screenshot_2.png (536 KB)

Sandunun əsas rəqibi üzərində üstünlüyü göz qabağında olsa da, ikinci turda əsas narahatlıq birinci turdan çıxan digər namizədlərin Stoyanoqloya səs vermək ehtimalı ilə bağlıdır.

Maya Sandu ikinci tur ərəfəsi Usatonun seçicilərinin dəstəyini qazanmaq üçün ciddi təblğat aparıb. Renato Usatonun tərəfdarlarına Maya Sanduya səs verməyi məsləhət görməyib, lakin Stoyanoqlonun da lehinə çıxış etməyib. Deməli, onun seçicilər özləri qərar verəcək və bu qərarın nə olacağı məlum deyil. 

212-1-2480.jpg (86 KB)

Bu ərəfədə seçkilərin ikinci turu ilə bağlı Votum.md keçirdiyi sorğunun nəticələrini açıqlanıb. Respondentlər hesab edirlər ki, Moldovanın hazırkı prezidenti Maya Sandu seçkilərin ikinci turunda səslərin çoxunu qazanacaq Sorğunun nəticələrinə görə, səslər aşağıdakı kimi bölünüb: Maya Sandu - 52,36%, Aleksandr Stoyanoqlo - 47,64%.

Yada salaq ki, birinci turdan əvvəl Maya Sandunun böyük üstünlüklə qələbə qazanacağı haqda sorğular da açıqlanmışdı, amma gözlənilən qələbə olmadı.

“Nezavisimaya qazeta”yazır ki, Kişinyovda seçkinin nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir, amma əksəriyyət Stoyanoqlonun tərəfdarıdır. Baxmayaraq ki, bundan əvvəl hakim partiya fəalları moldovalıları qaqauz olan Stoyanoqloya səs verməməyə çağırıblar. Bu ksenofob çağırışlar bir çox siyasətçilər, eləcə də Maya Sandu tərəfindən pislənib. “Qaqauz Xalqı” hərəkatının lideri İvan Burqudji nəşrə deyib ki, bir çox moldovalı Stoyanoqloya səs vermək istəyir, lakin xarici diaspordan sürprizlər gözləmək olar. O, həmçinin Kişinyova xatırladıb ki, muxtariyyət haqqında qanun qaqauz xalqının öz müqəddəratını təyin etmək hüququnu təsbit edir. Söhbət Avropa referendumundan gedir. Qaqauzlar Moldova hakimiyyətinin onun muxtariyyət hüququnu tanıyanacan inanmadıqları üçün referendumda avrointeqrasiyaya səs verməyiblər. 

Screenshot_3.png (583 KB)

Yeri gəlmişkən, referendum haqqında. Oktyabrın 31-də Moldova Konstitusiya Məhkəməsi Kommunistlər Partiyasının səslərinin hesablanmasında saxtakarlıq barədə şikayətinə baxıb. Konstitusiya Məhkəməsi seçkilərin ikinci turunun nəticələrini gözləmək və ondan sonra referendumla nə edəcəyinə qərar vermək qərarına gəlib.Bülletenlərin 100%-i hesablandıqdan sonra “Bəli” 50,38%, 49,62% faiz “Xeyr” variantına səs verib.
Aleksandr Stoyanoqlo “Rusiyanın adamı” olması barədə hakimiyyətin təbliatına cavab olaraq deyib ki, illərdir bu ölkənin rəsmilərlə heç bir əlaqəsi olmayıb. Stoyanoqlo həmçinin bildirib ki, opponentlərin tənqidinə baxmayaraq, Moskva ilə münasibətlərin yenidən qurulması tərəfdarıdır: “Mən təkid etməyə davam edəcəm ki, bu siyasət Moldova cəmiyyətinin əksəriyyətinə fayda gətirməlidir, bu isə eskalasiyanın azaldılması deməkdir”.

 

Musavat.com

01.11.2024 22:07
925