Moldovada elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb

Rusiyanın Ukraynanın mühüm enerji infrastruktur obyektlərinə kütləvi zərbə endirməsi nəticəsində Moldovanın enerji sistemində fasilələr qeydə alınıb.

"Report" “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Moldovanın "Moldelectrica" ​​dövlət enerji müəssisəsi məlumat yayıb.

Vəziyyətin nəzarət altında olduğu bildirilib.

“Kiçik fasilələrin öhdəsindən gəlmək üçün kifayət qədər istehsalımız var”, - məlumatda qeyd edilib.

26.08.2024 14:21
220