Moldova fövqəladə vəziyyətin müddəti daha 30 gün uzadıb.
Bu barədə ölkə parlamenti qərar qəbul edib.
Məlumata görə, qərar dekabrın 1-dən etibarən qüvvəyə minəcək.
Qeyd olunub ki, bu, regional təhlükəsizliklə bağlıdır.
Xatırladaq ki, Moldovada fövqəladə vəziyyət ötən il fevralın 24-də - Ukraynada müharibə başlayanda elan edilib. Daha sonra fövqəladə vəziyyətin müddəti 3 dəfə uzadılıb.//Report