Model Alsu ilə yaşadığı qalmaqala görə onu polisə verdi

Rusiyalı model Anastasiya Reşetova müğənni Alsu ilə yaşadığı qalmaqaldan sonra polisə müraciət edib.

Model psixoloq Veronika Stepanovadan şikayətçi olub. Belə ki, Veronika Reşetovanı Alsu və milyarder həyat yoldaşı Yan Abramovla bağlı yazısında təhqir edib.

“Veronika tərəfindən yazılmış məlumatlar məni cəmiyyətin gözündə əxlaqsız bir insan kimi səciyyələndirir. Mən belə biri deyiləm. Bu, izləyicilərdə şəxsiyyətimlə bağlı mənfi rəy formalaşdırır. Bu məlumat mənim şərəf və ləyaqətimi ləkələyir” deyə, Reşetova açıqlamasında bildirib.

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır. (Axşam.az)

03.07.2024 19:35
1004