Möcüzəvi qurtuluş - Oxot dənizində 67 gün özbaşına üzən qayıqda sağ qalan kişi tapılıb

Rusiyalı qayıqçının qayığı dənizçilər tərəfindən təsadüfən tapılana qədər iki aydan çox Oxot dənizində özbaşına şəkildə o yan-bu yana üzüb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, onunla birlikdə olan iki əzizi həlak olub.

SHOT-un məlumatına görə, bu il avqustun 9-da 49 yaşlı Sergey Piçuqin 46 yaşlı qardaşı Mixail və 15 yaşlı qardaşıoğlu İlya ilə birlikdə “Baykat 470” katamaran tipli qayıqla dənizə çıxıb. Onlar Xabarovsk vilayətindəki Perovskoqodan Saxalin vilayətinin Oxa şəhərinə qədər üzüblər. Qayıq təxminən 150 km məsafəni bir neçə saat ərzində qət etməli olsa da, üç gündən sonra sərnişinlər təyinat yerinə çatmayıblar.

Səyahət zamanı qayıq nədənsə quruya çıxıb və ilk növbədə güclü fırtına səbəbindən idarəetməni itirib. Nəticədə, səyahətçilər iki aydan çox Oxot dənizində dalğalara əsir düşüb, o yan-bu yana sürükləniblər. Onları axtaranlar izlərini tapa bilməyiblər, qayığın sadəcə aşdığı və batdığı ehtimal olunub.

Ancaq bu gün gəmi balıqçılar tərəfindən Kamçatka ərazisinin Ust-Xayryuzovo kəndi yaxınlığında tapılıb. Bu məkan turistlərin getdiyi Oxidən təxminən 1000 km aralıdadır. Sağ qalan Piçuqin və ölənlərin cəsədləri trol gəmisində Maqadana aparılıb.

Artıq çəki və azuqə ehtiyatı onları aclıqdan xilas edə bilərdi. Mixail Piçuqinin çəkisi 100 kiloqram olduğu üçün o sağ qalıb və dənizdə iki dəfə arıqlayıb.

Hazırda müstəntiqlər və prokurorluq əməkdaşları tərəfindən hadisənin bütün təfərrüatları və halları araşdırılır, artıq “Su nəqliyyatının hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarını pozma” maddəsi ilə iş açılıb.

Musavat.com

15.10.2024 13:06
735