MN TƏCİLİ MƏLUMAT YAYDI

"Azərbaycan Ordusu ermənilərin Arazdəyəndəki mülki infrastrukturunu atəşə tutmayıb".

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

"İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

20.06.2023 17:17
1631