MN: Ermənistanın Zod istiqamətindəki mövqelərinin atəşə tutulması yalandır

Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

21.09.2023 00:14
437