Mixail Qusman Elçin Əfəndiyevlə vida mərasimində – Tanış simalarla yanaşı əyləşdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, mərasimdə TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusman da iştirak edir.

Qeyd edək ki, Mixail Qusman bir müddət əvvəl TASS-dakı vəzifəsindən azad edilib. Onun Xankəndidə keçirilən forumda iştirakı bu qərarın səbəblərindən biri kimi göstərilib və məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Şahanə Rəhimli
Musavat.com

04.08.2025 13:32
3438