Mixail Qaluzin Ermənistan səfiri ilə Azərbaycandan danışdı

Moskvada xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.

Musavat.com bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, Qaluzin Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmalar toplusuna əsaslanan üçtərəfli danışıqların tezliklə bərpasına təcili ehtiyac olduğunu qeyd edib.

Musavat.com

17.01.2024 20:43
674