MİT Türkiyədə əməliyyat keçirdi, 3 terrorçu ələ keçdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK/KCK terror qruplaşmasının Avropa strukturundan eyni ailədən olan 3 nəfəri ələ keçirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK/KCK Avropa strukturunda fəaliyyət göstərən 2 bacı Zeynep Taşkıran və Zübeyde Taşkıran İstanbulda, digəri Hatın Şahbaz isə Balıkəsirdə saxlanılıb.

Nəzarətə alınan üç nəfər sövq edildikləri ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Uzun müddətdir MİT-in nəzarətində olan bacı-qardaşdan biri olan Zeynep Taşkıranın PKK/KCK-nın Fransa quruluşu ünsürlərinin Türkiyəyə qarşı təşkil etdiyi hərəkət və fəaliyyətlərdə fəal iştirak etdiyi bildirilir. Kəşfiyyat araşdırmaları nəticəsində PKK/KCK üzvü Zeynep Taşkıranın Almaniya vətəndaşlığını aldıqdan sonra Zizik Şahbaz adı ilə təşkilatçılıq fəaliyyətini davam etdirdiyi müəyyən edilib.

22.10.2024 17:57
425