MİT İraqda əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Sincar şəhərində əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib.

“Report” xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər şəxsi” Halid Reşo Kasım zərərsizləşdirilib.

Onun terror təşkilatının Sincar bölgəsində “məsul şəxs”i olduğu vurğulanıb.

22.09.2023 12:35
446