Türkiyə ordusu daxili və sərhədyanı əməliyyatlarını uğurla davam etdirir.
Musavat.com xəbər verir ki, Səhər saatlarında Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
MİT-in Suriyada təşkil etdiyi 2 əməliyyatda qırmızı bülletenlə axtarılan sözdə PKK/YPG-nin məsul şəxslərindən biri Mehmet Gürbüz də daxil olmaqla 5 terrorçu PUA-lar tərəfindən zərərsizləşdirilib.
Daha sonra Süleyman Soylu, "Hakkari Yüksekovada 3 terrorçunu mühasirəyə alan PÖH, qarşıdurma nəticəsində 2 terrorçunu zərərsizləşdirdi. Qaçmağa çalışan digər terrorçu da yaxalanıb", - deyə bildirib.
Qeyd edək ki, 2018-ci ildə törətdiyi terror aktlarına görə qırmızı bülletenlə axtarılan Mehmet Gürbüz “Barış Pınarı” Əməliyyat Bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı hərəkətlərə göstəriş verən və rəhbərlik edən şəxs olub.
Musavat.com