MİT-dən Suriyada YENİ ƏMƏLİYYAT - 11 İŞİD üzvü ələ keçirildi

Suriyanın Fərat Qalxanı bölgəsində İŞİD-ə qarşı yeni əməliyyat keçirilib. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT-in kəşfiyyat və əməliyyat dəstəyi ilə SMO-ya (Suriya Milli Ordusu) bağlı yerli təhlükəsizlik qüvvələri tərəfindən Fərat Qalxanı əməliyyatı sahəsində əməliyyatlar həyata keçirilib.


Suriyada İŞİD-in qonaq evi kimi istifadə etdiyi və içərisində İŞİD üzvlərinin də olduğu 3 təşkilat evi Suriya Milli Ordusu (SMO) və MİT-in apardığı əməliyyat nəticəsində müəyyən edilib.  

Bu əməliyyatlar nəticəsində 11 İŞİD üzvü, çoxlu sayda partlayıcı, silah və sursat ələ keçirilib.

Musavat.com

MİTten Suriyede kilit operasyon 11 DEAŞlı yakalandı

19.11.2022 14:36
639