MİT-dən SON DƏQİQƏ ƏMƏLİYYATI: Şəhidlərin qisası belə alınır - ANBAAN VİDEO

Türkiyənin Milli Kəşfiyyatı (MİT) Suriyanın Aynularab, Qamışlı və Amude şəhərlərində terror təşkilatı PKK-nın üzvlərinin də olduğu obyektləri məhv edib.

Musavat.com xəbər verir ki, əməliiyat zamanı 50-yə yaxın hədəf vurulub.

PKK hədəflərin məhv edildiyi anların görüntüləri də paylaşılıb. 

MİT ilk növbədə PKK-nın hərəkətliliyini və infrastrukturunu hədəfə alıb. PKK-nın geyimdən silaha, partlayıcıdan gündəlik məişət materiallarına qədər istifadə etdiyi bütün məhsulları Suriyadakı obyektlərində istehsal etdiyi müəyyən edilib. Daha sonra MİT öz sahə agentlərini səfərbər edib.

MİT-in sahə agentləri Suriyanın Qamışlı, Amude və Ayn Əl Ərəb bölgələrində PKK-nın hərbi, iqtisadi və logistika obyektlərinin mülki görünüşdə fəaliyyət göstərdiyini müəyyən edib. Bütün obyektlərin yerləşmə məlumatları mərkəzi qərargaha ötürülüb. PKK ilə bağlı strategiya müəyyənləşdirilib, hazırlıq işləri yekunlaşıb və əməliyyatın düyməsi basılıb. Təşkilata məxsus bütün hədəflənmiş infrastruktur obyektləri dəqiqliklə məhv edilib, 50-yə yaxın hədəf vurulub.

MİT-in 12 şəhidin qanının yerdə qalmaması üçün Suriya və İraq sahələrində əməliyyatlarını effektiv şəkildə davam etdirəcəyi açıqlanıb.

Musavat.com

27.12.2023 11:36
1374