MİT-dən MOSSAD-ın pul şəbəkəsinə qarşı nəhəng əməliyyat: Rexhepi həbs edildi - FOTO

Milli Kəşfiyyat İdarəsinin (MİT) əməliyyatı nəticəsində İsrail Kəşfiyyat Xidməti MOSSAD-ın pul şəbəkəsini təmin edən Kosovo vətəndaşı Liridon Rexhepi həbs edilib.

Onun Türkiyədəki sahə personalına “Western Union” vasitəsilə çoxlu pul köçürmələri etdiyi müəyyən edilib. Rexhepinin bütün hərəkətləri, xüsusilə hesablarındakı şübhəli hərəkətlər MİT tərəfindən izlənilib.

25 avqust 2024-cü ildə Türkiyəyə daxil olduğu andan addım-addım izlənilən Rexhepinin hər fəaliyyəti qeydə alınıb.

O, avqustun 30-da İstanbul Polisi TEM Şöbə Müdirliyi tərəfindən saxlanılıb. Polisdəki ifadəsində pul köçürmələri etdiyini etiraf edən şübhəli məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Türkiyədəki sahə personalının MOSSAD-dan aldıqları pulları Suriya bölgəsində istifadə etdikləri üzə çıxıb.//Publika.az 

 

03.09.2024 13:34
587