Misirdə 3 günlük matəm elan edildi

86 yaşında vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

Bu barədə respublika rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbuk səhifəsində yerləşdirilmiş fərmanında deyilir.

“Misir xalqı liderinin, ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsi və Küveyt xalqına çoxlu səy və səxavət göstərən böyük və müdrik insanın vəfatından kədərlənir”, - bildirilib.//Qafqazinfo

 

 
 
 
16.12.2023 23:38
1187