Misir hakimiyyəti Ukrayna ilə ticarət dövriyyəsinin 2 milyard dollara çatacağını gözləyir.
Musavat.com xəbər verir ki, bunu Qahirədə səfərdə olan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransı zamanı Misir Xarici İşlər Nazirliyinin rəhbəri Bədr Abdel Ati deyib.
Nazir qeyd edib ki, “Misir Ukraynanın Afrika və Yaxın Şərqdəki ən böyük tərəfdaşıdır”.
Abdel Aty həmçinin bildirib ki, ölkəsi “ukraynalı turistlər üçün əsas yerdir, Ukrayna isə misirli tələbələr üçün mühüm istirahət məkanıdır”, ölkələr arasında elm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə nail olunub. Nazir həmçinin qeyd edib ki, Qahirədə keçirilən danışıqlarda “Misirdə ayrı-ayrı Ukrayna universitetlərinin filiallarının yaradılması imkanları müzakirə edilib”.
Bundan əlavə, Misir Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, bir müddət əvvəl iki dövlətin diplomatik idarələri arasında anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
Musavat.com