Misir Rusiya şirkəti ilə neft-qaz müqaviləsi imzaladı  

Rusiyanın “Zarubejneft” neft-qaz şirkəti Misirdə Nil Deltasında neft və qaz kəşfiyyatı üzrə tenderin qalibi olub.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” ölkənin Neft və Mineral Ehtiyatlar Nazirliyinə istinadən məlumat yayıb.

İtaliyanın “Eni” şirkəti Misir tenderlərində Aralıq dənizində iki blok qazanıb, digər blok isə “Eni”, BP və “QatarEnergy” konsorsiumuna verilib.

Qeyd olunur ki, Misir ən azı 12 quyunun qazılması üçün 281 milyon dollar investisiya gözləyir.

Musavat.com

27.09.2023 10:57
604