Misir Prezidenti Azərbaycana başsağlığı verib

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı Azərbaycana başsağlığı verib.

Musavat.com xəbər verir ki, Misirin dövlət başçısı başsağlığını yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çatdırıb.

28.01.2023 13:52
352