Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiyanın Ukraynanın enerji sektorun hücumlarını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Aİ lideri sosial şəbəkədə bildirib.
“Prezident Zelenski ilə Ukraynadakı son hadisələri müzakirə etdik. Biz Rusiyanın kritik infrastruktura, xüsusən də enerji sektoruna hücumlarını qətiyyətlə pisləyirik. Təcili olaraq hava hücumundan müdafiəni təmin etməli və bütün hərbi dəstəyin, o cümlədən sursatın çatdırılmasını sürətləndirməliyik”, – siyasətçi qeyd edib.